• 3 Dekabr 2021
logo
Azərbaycanda "Twitter" və "YouTube" istifadəçilərinin fəallığı artıb

Azərbaycanda "Twitter" və "YouTube" istifadəçilərinin fəallığı artıb

Bu ilin mart ayında Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı fevral ayı ilə müqayisədə 10,6 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, aprelin 1-nə "Twitter"in Azərbaycanın sosial media bazarında payı 33,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 20,8 faiz bəndi çoxdur. Populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı mart ayı ərzində 4,1 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin aprel ayının 1-nə 24,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 13,3 faiz bəndi çoxdur.

Bu ilin mart ayı ərzində ölkə üzrə "Instagram" şəbəkəsinin istifadəçilərinin fəallığı 4,7 faiz bəndi azalıb. Aprelin 1-nə olan məlumata görə, "Instagram" Azərbaycanın sosial media bazarında 17,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Facebook" – 13,3, " Pinterest " – 9,84, "VKontakte" – 0,62%, "Reddit" – 0,22%, və s.