• 24 İyul 2019
logo
add image
Bu gün NADİR HADİSƏ baş verəcək

Bu gün NADİR HADİSƏ baş verəcək

Bu gün ölkəmizin də yerləşdiyi yarımkürəyə yay fəsli daxil olur.
Yay gündönümü Şimal yarımkürəsi üçün ən uzun gün olacaq.
Beləliklə, 21 iyun 2019-cu ildə ilin ən uzun günü yaşanacaq. Şimal yarımkürəsində ən uzun gündüz, cənub yarımkürəsində isə ən uzun gecə olacaq. Gündüz və gecə sentyabr ayında bərabərləşəcək.
21 iyunda Günəş şüaları Xərçəng Tropikasına, yəni şimal yarımkürəsinə şaquli, cənuba isə üfüqi şəkildə düşəcək. Bu tarixdən sonra şimalda gündüzlər qısalmağa, gecələr uzanmağa başlayacaq. Cənubda isə tam əksi olacaq. Saat 12:00-da şimal yarınmkürəsində kölgə 0 dərəcə olacaq.
Yay gündönümü üçün istisna vardır. Belə ki, bu gün hər il 21 iyun tarixində təsadüf etməz. Sadəcə 4 ildə bir dəfə 20 iyunda yaşanır.
Digər gecə-gündüz dəyişiklikləri:
21 Mart: gecə və gündüz bərabər olur, şimal yarımkürəsində yaz mövsümü başlayır.
21 İyun: ən uzun gündüz, ən qısa gecə. Yay başlayır.
23 Sentyabr: gecə və gündüz bərabər olur. Payız daxil olur.
21 Dekabr: ən uzun gecə, ən qısa gündüz yaşanır. Qış gəlir.