• 19 Aprel 2021
logo
Xətai Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri koronavirusa qarşı peyvənd olunublar

Xətai Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri koronavirusa qarşı peyvənd olunublar

Xətai Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri 28 saylı şəhər poliklinikasında koronavirusa qarşı peyvənd olunublar.

Qeyd edək ki, Respublikamızın hər yerində olduğu kimi, Xətai rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Xətai rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və əməkdaşları kampaniyada fəal iştirak edir, əhali arasında marifləndirmə işi aparırlar.