• 24 Noyabr 2020
logo
Qubanın Zərdabi qəsəbəsində yeni məktəb binası inşa olunacaq

Qubanın Zərdabi qəsəbəsində yeni məktəb binası inşa olunacaq

Quba rayonunun Zərdabi qəsəbəsində 960 şagird yerlik yeni məktəb binası inşa olunacaq.
Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəb üçün tililəcək yeni bina üçmərtəbəli olacaq.
Hazırda təhsil ocağının köhnə binasının sökülməsi işləri həyata keçirilir. Həmin binanın yerində inşa ediləcək yeni məktəbdə sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laborotoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq.
Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.