• 28 Noyabr 2020
logo
“Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi davam etdirilir

“Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi davam etdirilir

Beynəlxalq Avrasiya Mətbuat Fondu sosial xidmətlərin uzun müddətli sosial təcrübəsinə əsaslanaraq, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, onların sosial adaptasiyasının gücləndirilməsi məqsədi ilə “Xüsusi qayğıya ehtiyacı olan şəxslərin və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili ” layihəsinin icrası davam etdirilir. Layihə sentyabr ayından başlayıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi sosial islahatların faydalılıq əmsalının, əlçatanlılığının artırılması, çətin həyat şəraitində yaşayan insanların sosial çağırışlarının düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi ilə vətəndaşların sosial maarifləndirilməsini, sosial iş prinsiplərinin gücləndirilməsini, xüsusi qayğıya ehtiyacı olan şəxslərin və ailələrin sosial reabilitasiya və sosial ekspertizanın aparılmasında davamlılıq prinsiplərinin qorunmasına dair sosial əlaqələndirmə işlərinin yerinə yetirilməsindən ibarətdir.
Layihənin davamlılığının təmin olunması layihə icraçılarının qarşısında duran mühüm vəzifələrdən biridir. Məhz bu səbəbdən xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmətlərə çıxışına dair ictimaiyyətin məlumatlandırılmasına, vətəndaş müraciətlərinin toplanılmasına, sosial ekspertlər tərəfindən müraciətlərin araşdırılmasında, sosial əlaqələndirmə mərkəzinin işinin qurulmasına başlanılmışdır.
Layihənin növbəti mərhəlsində xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılması üçün onların cəmiyyətə inteqrasiyası üçün informasiya mühitinin yaradılması, onların hüquqlarının təmin edilməsi istiqamətində maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə seminarların, təbliğat- təşviqat materiallarının hazırlanması, ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanların sosial hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası, bu sahədə sosial xidmət paketinin genişləndirilməsi istiqamətdə maarifləndirici xarakterli fəaliyyətlərin həyata keçirilməsi üçün mətbuata ətraflı məlumat veriləcək.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun mətbuat departamenti