• 19 Aprel 2024
logo
Azərbaycanda yaşayış yeri xidmət yerindən uzaq olan hərbçilərə nəqliyyat xərcləri ödənilə bilər

Azərbaycanda yaşayış yeri xidmət yerindən uzaq olan hərbçilərə nəqliyyat xərcləri ödənilə bilər

Azərbaycanda yaşayış yeri xidmət yerindən uzaq olan hərbçilər üçün nəqliyyat xərclərinin müəyyən edilməsi təklif olunur.

Bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

Sənəddə yaşayış yeri xidmət yerindən uzaq olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına nqəliyyat xərclərinin müəyyən edilməsi təklif olunub.