• 29 Mart 2024
logo
Azərbaycanda ötən gün vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Azərbaycanda ötən gün vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Martın 4-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26 601 nəfər vaksinasiya olunub.

APA “Koronavirusinfo.az”a istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 363 183 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.