• 20 Aprel 2024
logo
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb

Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb

Azərbaycana COVAX beynəlxalq vaksin mexanizmi vasitəsilə 432 min doza "AstraZeneca" vaksini ayrılıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksinlərin paylanması barədə ilkin hesabatında deyilir.

Vaksinlərin Azərbaycana 2021-ci ilin mayınadək tədarük olunması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin sonunda 21 milyon dollar töhfə ilə COVAX mexanizminə qoşulub.