• 15 Aprel 2021
logo
COVID-19-a qarşı kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 108-ə çatıb

COVID-19-a qarşı kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 108-ə çatıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 108-ə çatıb.

Bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.

Bildirilib ki, vaksinasiyanın aparıldığı ölkələrdə ümumilikdə 265 milyon dozadan çox vaksin vurulub.

Məlumata görə, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən, gündəlik vaksin olunanların sayı 6.14 milyon nəfər təşkil edir.

Hazırda vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsraildir. Bu ölkədə artıq 8.2 milyon doza peyvənd vurulub ki, bu da əhalinin hər 100 nəfərinə 91.6 doza edir.