• 26 Aprel 2024
logo
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

Magistraturalara qəbul imtahanının nəticələri açıqlanıb.

Bununla bağlı bakalavrlara SMS göndərilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 28-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilib. Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.

İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.