• 28 Mart 2024
logo
TN: Birinci siniflərə sənəd qəbulu ilə bağlı hazırlıq işləri görülür

TN: Birinci siniflərə sənəd qəbulu ilə bağlı hazırlıq işləri görülür

Ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, hazırda sənəd qəbulu ilə bağlı rəsmi qayda və formaların təsdiqi üzrə inzibati hazırlıq işləri görülür: “Yaxın vaxtlarda ictimaiyyətə məlumat açıqlanacaq”.