• 18 Aprel 2021
logo
AzEdu Təhsil Portalının 3 yaşı oldu

AzEdu Təhsil Portalının 3 yaşı oldu

Bu gün AzEdu Təhsil Portalının (azedu.az) fəaliyyətə başlamasından 3 il ötür.

AzEdu MMC 2018-ci ilin mart ayının 1-dən fəaliyyətə başlayıb.

Modern.az xəbər verir ki, AzEdu Təhsil Portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan dilində operativ çatdırır.

Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da oxuculara təqdim edir.

Yaranmasından cəmi 3 il keçməsinə baxmayaraq AzEdu Təhsil Portalı bir sıra səs-küylü layihələrə imza atıb. Onlara misal olaraq, “İlin Gənc Müəllimi” müsabiqəsini, “Firudin bəy Köçərli” mükafatını, Lütfi Zadə adına təqaüdü, bp və tərəfdaşlarının maliyyə yardımı ilə ərsəyə gətirilən “Kurikulum bələdçisi” , “Ömrün uğurlu bünövrəsi” kitablarını qeyd etmək olar.

Bundan əlavə, təhsil portalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Dövlət İmtahan Mərkəzi, bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

AzEdu Academy və Təhsil Jurnalistlər Birliyi də AzEdu MMC-nin nəzdində yaradılıb.

AzEdu MMC-nin baş direktoru Elşad Eyvazlıdır.

AzEdu MMC-yə bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik!