• 25 Aprel 2024
logo
Səbinə Əliyeva Hande Harmancını qəbul edib

Səbinə Əliyeva Hande Harmancını qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib.

Ombudsman Aparatından bildirilib ki, görüş zamanı Ombudsman qonağa təsisatın əhalinin sağlamlıq hüququnun təmini sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib. Qeyd olunub ki, yeni növ COVID-19 virusu səbəbilə ölkəmizdə elan olunan xüsusi karantin rejimi dövründə Ombudsmana ünvanlanan müraciətlər onlayn formada qəbul edilib. Müraciətlərin effektiv araşdırılmasının təmin edilməsi məqsədilə Ombudsmanın qaynar xətləri bir mərkəzdə birləşdirilməklə yaradılmış 916 vahid Çağrı Mərkəzinin yeni növ koronavirus pandemiyası dövründə xüsusi əhəmiyyət kəsb etdiyi qonağın diqqətinə çatdırılıb.

Pandemiya dövründə əlilliyi olan şəxslərin hüquqlarının səmərəli təmini məqsədilə Ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət ünvanlandığı, əhalinin həssas qruplarına aid insanların hüquqlarının müdafiəsinin Ombudsmanın diqqət mərkəzində olduğu bildirilib.