• 21 Noyabr 2019
logo
add image
Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Xaçmazda vətəndaşları qəbul edib.
Nazirlikdən verilən məlumata görə, A.Kərimov görüşdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib.
Nazir müavini məşğulluq, sosial təminat, əmək, sahələrində xidmətlərin keyfiyyətinin artırılması, bu xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması istiqamətində aparılan islahatları diqqətə çatdırıb.
Qəbul zamanı müraciətlərin bir qismi sorğu xarakterli olub və qanunvericiliyə uyğun izahatlar verilib. Bir neçə vətəndaşa müraciətlərinə uyğun olaraq vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər peşə hazırlığına, özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyatı aparılıb. Digər müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb.