• 26 Aprel 2024
logo
Yoluxmanın azalması arxayınlıq yaratmamalıdır - NK rəsmisi

Yoluxmanın azalması arxayınlıq yaratmamalıdır - NK rəsmisi

Son günlər ölkəmizdə koronavirusa yoluxmaların azalması heç kimdə arxayınlıq yaratmamalıdır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti (NK) Aparatının sektor müdiri Qurban Sadıqov NK əməkdaşlarının vaksinasiyası zamanı jurnalistlərə deyib.

Q.Sadıqov bildirib ki, Nazirlər Kabineti əməkdaşlarının vaksinasiyası üçün hər şey yüksək səviyyədə təşkil olunub:

“Həkimlərə təşəkkürümüzü bildiririk və vətəndaşlara da çağırış edirik ki, Səhiyyə Nazirliyinin və TƏBİB-in verdiyi tövsiyələrə əsasən peyvənd işində fəallıq göstərsinlər. Nazirər Kabineti yanında Operativ Qərargah tərəfindən bütün tədbirlər həyata keçirilir ki, pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alınsın. Son günlər çox sevindirici haldır ki, yoluxanların sayı minimal həddə çatıb. Ancaq bu, heç kimdə arxayınlıq yaratmamalıdır. Ona görə də hər kəs həm Səhiyyə Nazirliyinin, həm TƏBİB-in tövsiyələrini yerinə yetirməlidir”.