• 19 Oktyabr 2019
logo
add image
Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması sual altındadır - Komitə rəsmisi

Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması sual altındadır - Komitə rəsmisi

Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması çox böyük sual altındadır.
Trend-in məlunatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bəzi ailələr uşaqlara təhsil vermək əvəzinə şirnikləndirici vədlərə aldanaraq müharibə bölgələrinə üz tuturlar:
“Biz isə həmin müharibə bölgələrində əziyyət çəkən bir neçə azərbaycanlı uşağı vətənə gətirmişik. O uşaqların normal vətəndaş kimi formalaşması çox böyük sual altındadır. Çünki 3-4 yaşında uşaqlar həmin hadisələri elə danışırlar ki, üzlərində heç bir ifadə və təəssüf, qorxu hissi olmur. Bu insanların cəmiyyətə hansı formada buraxılmasını təsəvvür etmək çətindir”.