• 25 Aprel 2024
logo
Bakının bu küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılır

Bakının bu küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən qısa müddətlik Yasamal rayonu Zərgərpalan küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.
Bu üzdən sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.