• 29 Mart 2024
logo
Lənkəran Dövlət Universitetinin tələbə yataqxanası istifadəyə verilib

Lənkəran Dövlət Universitetinin tələbə yataqxanası istifadəyə verilib

Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanasının açılışı keçirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, yeni istifadəyə verilən Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbi 432 şagird yerlikdir. Məktəbdə 384 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Yeni açılan məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana yerləşir. istifadəyə verilib.
Lənkəran Dövlət Universitetinin 160 yerlik yeni tələbə yataqxanasının və 2 yeni tədris binasının açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycanda təhsil sahəsi daim dövlətin diqqətindədir, ölkə Prezidenti cənab İlham Əliyev təhsilin inkişafına qayğısını əsirgəmir. Nazir müavininin sözlərinə görə, son 15 il ərzində 3 200 yeni məktəb binasının inşa olunması, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir.
F.Qurbanov tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək, bunun tələbələrin mənzil-məişət şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini deyib.
Nazir müavini yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.