• 25 Aprel 2024
logo
Baş Prokurorluq dəm qazından qorunmaq üçün videoçarx hazırladı

Baş Prokurorluq dəm qazından qorunmaq üçün videoçarx hazırladı

Baş Prokurorluq qam qazından zəhərlənmələrin qarşısının alınması ilə bağlı yeni videoçarx hazırlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, qış aylarında dəm qazından zəhərlənmə və ölüm hallarının sayının artması müşahidə olunur. Bu faktları nəzərə alaraq belə halların qarşısının alınması məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.