• 29 Mart 2024
logo
DSX: Dövlət sərhədlərinin minalardan təmizlənməsi davam edir

DSX: Dövlət sərhədlərinin minalardan təmizlənməsi davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfinədən hazırda minalardan təmizlənilir.

Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınınlığında 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.