• 24 Noyabr 2020
logo
Birinci vitse-prezident Mehriban Əliyevaya məktub - Rafiq Əliyev: Öz ölkəsinin, öz dövlətinin dəstəyini görən insanın hissləri ilə heç nə müqayisə oluna bilməz

Birinci vitse-prezident Mehriban Əliyevaya məktub - Rafiq Əliyev: Öz ölkəsinin, öz dövlətinin dəstəyini görən insanın hissləri ilə heç nə müqayisə oluna bilməz

Trend-in redaksiyasına rejissor Rafiq Əliyev tərəfindən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ünvanlanmış açıq məktub daxil olub.
Məktubda deyilir: “Çox hörmətli Mehriban xanım! İnanın, 70 illik həyatımda ilk dəfədir ki, öz hisslərimi tam dəqiqliklə ifadə edə biləcək sözləri tapmaqda çətinlik çəkdim.
Üç həftə əvvəl mən cərrahiyyə əməliyyatı ilə bağlı Sizə müraciət etmişdim. Cəmi iki saat ərzində (!!!) Fondunuzun administrasiyasından məsələnin müsbət həlli ilə bağlı cavab gəldi. Fondun nə qədər insana kömək göstərdiyini və göstərməkdə olduğunu bildiyimdən, bu cür operativliyə və mənə göstərilən münasibətə və diqqətə heyran oldum.
Çox hörmətli Mehriban xanım, Sizin vaxtınızı digər xırdalıqlarla almayacağam - əməliyyat uğurla keçdi, mən yenidən öz ailəmləyəm və işimdəyəm. Ən əsasını deyim - öz ölkəsinin, öz dövlətinin dəstəyini görən insanın hissləri ilə heç nə müqayisə oluna bilməz. Bu, vətəndaşlıq qüruru adlanır və xoşbəxtəm ki, bunu hiss edirəm. Mehriban xanım, ilk növbədə Sizin sayənizdə. Sizə uzun ömür, növbəti yüksək nailiyyətlər, ailənizdə daimi mehribanlıq arzulayıram”.