• 27 Noyabr 2020
logo
Bu gün Azərbaycanda TV və radio işləməyəcək - Səbəb?

Bu gün Azərbaycanda TV və radio işləməyəcək - Səbəb?

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.
Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən, dörd dəfə profilaktika nəzərdə tutulub.
Birinci profilaktika martın 4-də keçirilib. İkinci profilaktika iyunun 10-da, növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da həyata keçiriləcək.