• 3 Mart 2021
logo
ƏN: Ötən ilin son üç rübündə bələdiyyələrin ümumi büdcə gəlirləri xeyli azalıb

ƏN: Ötən ilin son üç rübündə bələdiyyələrin ümumi büdcə gəlirləri xeyli azalıb

2020-ci ilin birinci rübünün statistik göstəricilərinə əsasən, bələdiyyələrin ümumi büdcə gəlirləri 23,9% artıb. Lakin pandemiyanın doğurduğu çətinliklərin təsiri ilə nəinki bu artım dinamikası dayanıb, hətta sonrakı dövrlərdə yerli büdcə gəlirləri 2019-cu ilin müvafiq dövrləri ilə müqayisədə xeyli azalıb.

Bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov bildirib.

Onun sözlərinə görə, bu sahədə qanunçuluğa əməl olunmasının təmini məqsədilə “Yerli büdcə layihəsi”nin və “Yerli büdcənin icrası haqqında (yarımillik və illik) hesabat”ın nümunəvi formaları tərtib edilib, Maliyyə Nazirliyi ilə razılaşdırılaraq müvafiq tövsiyələrlə birlikdə bələdiyyələrə göndərilib: “Yerli vergi və ödəniş obyektlərinin uçotunun dəqiqləşdirilməsi, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi yönündə pilot bələdiyyə kimi Nəsimi bələdiyyəsində nazirliyin metodik köməkliyi ilə tətbiq olunmuş tədbirlər nəticəsində uçota alınan obyektlərin sayı demək olar ki, 2 dəfəyə yaxın artıb. Əldə olunmuş müsbət iş təcrübəsinin digər bələdiyyələrə təbliğ və təşviq olunması işinə başlanılıb, bu məqsədlə Bakı şəhərinin 20 bələdiyyəsinin aidiyyəti vəzifəli şəxsləri ilə seminar müşavirələr keçirilib”.