• 26 Fevral 2021
logo
“Dəmir Yumruq” kitabı nəşr olundu: Pulsuz paylanır

“Dəmir Yumruq” kitabı nəşr olundu: Pulsuz paylanır

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun “Dəmir Yumruq” kitabı nəşr olunub.

Kult.az xəbər verir ki, bu barədə politoloq özü məlumat yayıb.

O, kitabın pulsuz paylandığını bildirib:

“İşğal altındakı torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinə həsr etdiyim “Dəmir Yumruq” kitabım artıq “Qanun” nəşriyyatında çap edilib. Aydındır ki, indiki vəziyyətdə təqdimat keçirmək mümkün deyil. Buna görə də kitabları “Elmlər Akademiyası” metrostansiyası ilə üzbəüz “Libraff” kitab mağazasına (Hüseyn Cavid parkının yanı) təqdim etmişəm.

İmzalı kitabımı əldə etmək istəyən dostlar yanvarın 25-dən etibarən həmin mağazaya yaxınlaşa bilərlər. Kitab pulsuzdur. Mağaza hər gün səhər saat 10:00-dan axşam saat 22:00-a kimi açıqdır. “Dəmir Yumruq” kitabını mağazaya yaxınlaşıb, heç bir ödəmə etmədən götürə bilərsiniz”.