• 2 Mart 2021
logo
Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

2020-ci ilin 11 ayı ərzində Azərbaycana daimi yaşamaq üçün gələn və gedənlərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1516 nəfər gələn, Azərbaycandan isə 531 nəfər gedən qeydə alınıb.

Bununla da ölkədə miqrasiya saldosu müsbət 985 nəfər təşkil edib.