• 19 Aprel 2024
logo
Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev

Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev

Brifinqdə söylədiyim "Biz əgər təhsil haqqını 500 manat etsək, onda hamı və ya çox adam ali təhsil alar" fikri məcrasından çıxarılaraq ictimaiyyətə fərqli formada təqdim edilib. Bu, təhsilin keyfiyyəti ilə onun qiyməti arasında olan əlaqədir.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, əgər bu gün bir nəfərin təhsilinə 2500 manat vəsait ayrılırsa, bu məbləğ 5 nəfər üçün ayrılıdıqda 5 nəfər təhsil alır:

"Bu halda, 500 manata hazırlanmış mühəndislə 2500 manata hazırlanmış mühəndis arasında keyfiyyət fərqi var. Biz kəmiyyət dəyişikliyimizi keyfiyyətə qurban verməməliyik. Ali təhsildə kəmiyyət dəyişiklikləri mütləq baş verməlidir. Amma biz süni şəkildə sayları artırmaqla "əhalimiz daha çox ali təhsil aldı" deyib özümüz özümüzü aldatmamalıyıq. Çünki uzunmüddıtli bir dövrdə həmin adamlar bizim əmək bazarının əsas hissəsi olacaqlar".