• 20 Aprel 2024
logo
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub

Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub. Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunan Nurəli Yusifbəyli bu gün kollektivə təqdim olunub.

AzTU-dan APA-ya verilən məlumata görə, prorektoru kollektivə təqdim edən rektor Vilayət Vəliyev bildirib ki, Nurəli Yusifbəylinin Tədris işləri üzrə prorektor təyin olunması AzTU-da tədqiqatların, elmi əməkdaşlığın, universitet-sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub.