• 25 Aprel 2024
logo
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır

Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır

Şagird və müəllimlərin davamiyyəti Təhsil nazirliyi tərəfindən nəzarətdə saxlanılır.

Bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bu prosesdə ictimai münasibət də önəmlidir: “Dərsləri mütəmadi və yüksək keyfiyyətlə keçən müəllimlərin mənəvi reytinqi də artır. Həm şagirdlər, həm də valideynlər arasında həmin müəllimlərin xüsusi çəkisi var. Məncə, bu ən böyük qiymətləndirmədir. Tədris əyani formaya keçəndən sonra bu müəllimlərin şagirdləri də yüksək nəticə əldə edəcək”.