• 28 Mart 2024
logo
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi

Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi

Yarım illik qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edib növbəti ay ərzində əyani formada qiymətləndirmədə iştirak edə bilərlər.

Bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, şifahi sorğu-sual distant təhsil zamanı ən optimal yoldur.

V.Yaqublu qeyd edib ki, qiymətləndirmədə veriləcək suallar bu tədris ilinin 1-ci yarım ili üzrə mövzuları əhatə etməlidir. Şagirdlərə verilən sualları hər bir fənn müəllimi özü müəyyən etməlidir.