• 5 Mart 2021
logo
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi

Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi

Bütün dünyada panemiya ilə əlaqədar təhsilin səviyyəsi aşağı düşüb. Biz də tələbələrin biriliyini yoxlayarkən süni qiymətləndirmə aparmaq istəmirik.

Trend-in məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Hazırda təhsilin standartlar üzərində təşkil edildiyini nəzərə çatdıran V.Yaqublu deyib ki, tədris distant formada keçirilibsə, şagirdlərin bilikləri də distant formada öyrənilməlidir: “Biz bilirik ki, bu müddətdə şagirdlərdə güclü şəkildə irəliləmə olmayıb. Amma bu qiymətləndirmə mövcud öyrənmənin nə vəziyyətdə olduğunu bilmək, gələcək istiqamətləri müəyyən etmək üçün vacibdir”.