• 25 Aprel 2024
logo
Ötən il doğulanların 53,3 faizini oğlan uşaqları təşkil edib

Ötən il doğulanların 53,3 faizini oğlan uşaqları təşkil edib

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116454 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.