• 20 Aprel 2024
logo
Ölkə əhalisinin sayı 10123400 nəfərə çatıb

Ölkə əhalisinin sayı 10123400 nəfərə çatıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 56292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10123400 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.