• 26 Fevral 2021
logo
20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO

20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO

Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Müdafiə Nazirliyinindən verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.