• 29 Noyabr 2020
logo
Yaxın vaxtlarda iş yerləri ilə bağlı vahid vakansiya bazası istifadəyə veriləcək

Yaxın vaxtlarda iş yerləri ilə bağlı vahid vakansiya bazası istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerləri ilə bağlı vahid vakansiya bazasının elektronlaşdırılması üçün apardığı işləri yekunlaşdırmaq üzrədir.
Trend-in məlumatına görə, bunu BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.
Onun sözlərinə görə, həmin baza tezliklə Azərbaycan vətəndaşları və ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin istifadəsinə veriləcək.
M.Kərimli qeyd edib ki, Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr
neft-qaz sənayesi, tikinti və xidmət sektorudur: "Azərbaycanda işləmək istəyən əcnəbi şəxs Azərbaycanda xaricilərin fəaliyyəti ilə bağlı mövcud olan kvotalara uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının rəylərini əldə etməklə onlara iş icazələri verir".