• 26 Fevral 2021
logo
Ötən il 77 min ailə ünvanlı sosial yardım alıb

Ötən il 77 min ailə ünvanlı sosial yardım alıb

“Pandemiya dövründə ən riskli qrup 65 yaşdan yuxarı şəxslər idi, ona görə əsas diqqət pensiya təyinatına yönləndirilmişdi”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən ilin əvvəlində pensiya 16 faiz artırılaraq 300 manata çatdırılıb, yaşa görə pensiya 330 manata çatıb. Ötən il pensiya alanlar 1 milyon 250 min, prezident təqaüdü alanlar 300 min, sosial müavinət alanlar 500 min nəfər, ünvanlı sosial yardım alanlar 77 min ailə (322 min nəfəri) olub. Pensiya təminatı 4,5 milyard manat, müavinət və təqaüd 1 milyard 50 milyon, ünvanlı sosial yardım üçün 216 milyon manat, ümumilikdə 5 milyard 743 milyon manat ayrılıb.