• 29 Mart 2024
logo
Nazir müavini: “Ötən il yeni 25 e-xidmət, o cümlədən 15 e-arayış xidmət istifadəyə verilib”

Nazir müavini: “Ötən il yeni 25 e-xidmət, o cümlədən 15 e-arayış xidmət istifadəyə verilib”

“Ötən il yeni 25 e-xidmət, o cümlədən 15 e-arayış xidmət istifadəyə verilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 95 min pensiya, müavinət və təqaüd təyinatı (cəmi 127 min) e-təyinat vasitəsilə olub. Nazirlik üzrə e-xidmətlərin sayı 61-ə, proaktiv xidmətlərin sayı 34-ə çatıb.

“Çalışırıq müharibədən sonra xüsusilə Prezident təqaüdləri, Mili Qəhrəmanlar üçün təqaüdlər, şəhid ailələri üçün təyinatlar proaktiv qaydada təmin edilsin”, - deyə Anar Kərimov əlavə edib.