• 19 Mart 2024
logo
TƏBİB: Azərbaycanda 8-9 milyon insan hələ koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir

TƏBİB: Azərbaycanda 8-9 milyon insan hələ koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir

“Ölkəmizdə hələ 8-9 milyon insan var ki, koronavirusa yoluxmayıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, risk qrupunda olan, xəstəliyi ağır keçirən, reanimasiyaya düşən xəstələrin sayını azaltmaq üçün vaksinasiya lazımdır: “Qeydiyyata düşən, yüngül keçirənlər və s. nəzərə alınsa, ən çox 1 milyondan çox insan koronavirusa yoluxmuş ola bilər. 8-9 milyon insan isə xəstəliyə yoluxmayıb, onların içərisində risk qrupları var. Ona görə vaksinasiya lazımdır”.