• 19 Mart 2024
logo
Prezidentinin köməkçisi: "Yanvarın 18-dən vaksinasiyanın birinci, fevralın 1-dən isə ikinci mərhələsinə başlanacaq"

Prezidentinin köməkçisi: "Yanvarın 18-dən vaksinasiyanın birinci, fevralın 1-dən isə ikinci mərhələsinə başlanacaq"

“Azərbaycan ən təhlükəsiz və yüksək effektivliyə malik vaksin əldə edib”. APA-nın məlumatına görə, bunu, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş. Mövsümov deyib ki, Azərbaycana vaksinlərin ilk partiyası artıq gəlib: “Yanvarın 18-dən vaksinasiyanın 1-ci mərhələsi, fevralın 1-dən vaksinasiyanın 2-ci mərhələsi başlanacaq. İlk olaraq 65 yaşdan yuxarı olanlara vaksin vurulacaq”.