• 19 Mart 2024
logo
Prezidentin köməkçisi: “Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir”

Prezidentin köməkçisi: “Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir”

“Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik nəsə deyə bilmərəm”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, bu məsələyə hələlik baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlansın”.