• 19 Mart 2024
logo
Prezidentin köməkçisi: “Əhalinin 40 faizini əhatə edəcək qədər vaksin alınacaq, bu bizə kifayət edəcək”

Prezidentin köməkçisi: “Əhalinin 40 faizini əhatə edəcək qədər vaksin alınacaq, bu bizə kifayət edəcək”

“COVAX çoxtərəfli platforması üzrə əhalinin 20 faizinin - 10 faiz+10 faiz olmaqla – vaksinasiya edilməsinə dair müqaviləmiz var. Bu, 2 milyon əhali edir. “Sinovac” şirkətindən də 2 milyon əhali üçün də 4 milyon doza alınacaq”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov nə üçün əhalinin ən azı 60 faizi üçün vaksin sifariş edilməməsi ilə bağlı suala cavabında bildirib.

Ş. Mövsümov deyib ki, beləliklə, əhalinin 40 faizini əhatə edəcək qədər vaksin alınacaq: “Eyni zamanda xəstələnib sağalan insanlara peyvənd vurulmur, çünki onlarda artıq immunitet var. Növbəti aylarda da yoluxanlar, sağalanlar olacaq. Ona görə də hesab edirik ki, alınan vaksin bizə kifayət edəcək”.

Qeyd edək ki, dünya təcrübəsinə əsasən, virusla mübarizədə uğur qazanmaq üçün əhalinin ən azı 60 faizində immunitet formalaşmalıdır.