• 25 Aprel 2024
logo
BMqT Azərbaycana könüllü qayıdan 448 miqranta reinteqrasiya yardımı göstərib

BMqT Azərbaycana könüllü qayıdan 448 miqranta reinteqrasiya yardımı göstərib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi 2020-ci ildə ölkəyə könüllü olaraq qayıdan 448 miqranta reinteqrasiya yardımı göstərib.

Təşkilatdan bildirilib ki, BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağa davam edir. 2020-ci ildə AVRR layihələri çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi 57 nəfərə nağd və 391 nəfərə qeyri-nağd şəkildə yardımetmişdir. Göstərilən müddətdə 15 şəxsə tibbi yardım, 32 şəxsə müvəqqəti mənzil təminatı, 35 şəxsə kiçik biznesin qurulması, 112 şəxsə maddi yardım (ilkin ehtiyackateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları) və 1 şəxsə təhsil yardımı verilib.

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü olaraq qayıdan şəxslərə və onların ailələrinə fayda gətirməyi hədəfləyən gəlir mənbəsinin yaradılması ilə bağlı yardımlardır. 2020-ci ildə AVRR layihələri çərçivəsində qayıdanlara əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.

Qayıdan şəxslər BMqT-nin köməyi ilə kiçik təsərrüfat (heyvandarlıq), xidmət sektoru, ticarət və kiçik istehsal sahələrindəsahibkarlıq fəaliyyətlərini qurublar.