• 19 Aprel 2024
logo
TN: Verilməyən imtahan tələbələrin köçürülməsi üçün hansısa maneə yaratmayacaq

TN: Verilməyən imtahan tələbələrin köçürülməsi üçün hansısa maneə yaratmayacaq

Fevralın 1-dən tələbələrin köçürülməsinə başlanması nəzərdə tutulur.

Bunu Təhsil Nazirliyinin “Facebook” səhifəsində pandemiya şəraitində tədrisin və imtahanların təşkili mövzusuna həsr olunan vebinarda Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib. Onun sözlərinə görə, hansı imtahan verilibsə, qiymət nəzərə alınacaq: "Verilməyən imtahan transfer üçün hansısa maneə yaratmayacaq".