• 26 Aprel 2024
logo
Azərbaycanda Çinin istehsal etdiyi peyvənddən istifadə olunacaq

Azərbaycanda Çinin istehsal etdiyi peyvənddən istifadə olunacaq

“Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb”.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O qeyd edib ki, bu məsələdə Türkiyə ilə əməkdaşlıq davam etdiriləcək: “Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.