• 21 Yanvar 2021
logo
DİM sədri: "İmtahanlar zamanı bir nəfərdə belə yoluxma qeydə alınmayıb”

DİM sədri: "İmtahanlar zamanı bir nəfərdə belə yoluxma qeydə alınmayıb”

“2020-ci ölkəmizdə hamı üçün çox ağır, eyni zamanda qələbə bəxş edən il oldu. Biz həm ağlayırdıq, həm də sevinirdik. Qəhrəman gənclərin hamısını Azərbaycanın təhsil sistemi boya-başa çatdırıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2020-ci ildəki imtahanlar çox mürəkkəb imtahanlar olub: “Amma imtahanlar zamanı bir nəfərdə belə yoluxma qeydə alınmayıb”.