• 21 Yanvar 2021
logo
Koronavirusla bağlı poliklinikaların fəaliyyətinin gücləndirilməsi təcili yardımın yükünü azaldıb

Koronavirusla bağlı poliklinikaların fəaliyyətinin gücləndirilməsi təcili yardımın yükünü azaldıb

Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilərək hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı icra edilir.

Bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyib.

O bildirib ki, bu hal COVID-19-a yoluxanlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb olub: "Hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrə təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür.

Bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji dəstəyə ehtiyacı olanlara müvafiq yardım göstərmək üçün stansiyada psixoloq da fəaliyyət göstərir.

BŞT və TTYS-nin kollektivi var qüvvəsi və bacarığı ilə tibb sahəsində olan yeniliklərdən istifadə etməklə xalqın sağlamlığı keşiyində durmağa çalışır".