• 24 Yanvar 2021
logo
Ötən il 52 əcnəbi Azərbaycandan sığınacaq istəyib, 409 nəfərə vətəndaşlıq verilib

Ötən il 52 əcnəbi Azərbaycandan sığınacaq istəyib, 409 nəfərə vətəndaşlıq verilib

Ötən il Azərbaycana xarici ölkədən 52 nəfər qaçqın kimi müraciət edib.

Bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, 2019-cu ildə isə ölkədə qaçqın statusu almaq üçün müraciət edən şəxslərin sayı 404 nəfər olub: "Ötən il 409 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 8 nəfər isə vətəndaşlığa bərpa olunub. Bildiyimiz ki, Yeni il bayramı ərəfəsində müraciətləri əsasında 3 şəhid anasına Azərbaycan vətəndaşlığı verilib”.

V.Hüseynov əlavə edib ki, ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub”.