• 24 Yanvar 2021
logo
DMX-nin saxlama mərkəzlərində koronavirusa yoluxma olmayıb

DMX-nin saxlama mərkəzlərində koronavirusa yoluxma olmayıb

2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilən əcnəbilərin səhhəti diqqət mərkəzində olub.

Bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb: "Keçən il qanunsuz miqrasiyaya qarşı görülmüş tədbirlərdə 51 faiz azalma olub. Bu rəqəm 2019-cu ildə 14834 olubsa, 2020-ci ildə 7317-yə düşüb. Qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub - 2019-cu ildə 1237, 2020-ci ildə 332 nəfər. Saxlama mərkəzi qapalı yer olduğundan bütün gigiyena tədbirləri görülüb, heç bir saxlanılan şəxsdə koronavirusa yoluxma qeydə alınmayıb”.