• 27 Yanvar 2021
logo
Mərkəzi Qan Bankı qan ehtiyatının azalması ilə bağlı vətəndaşlara çağırış edib

Mərkəzi Qan Bankı qan ehtiyatının azalması ilə bağlı vətəndaşlara çağırış edib

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib.

Bankdan verilən xəbərə görə, qan ehtiyacları davamlı olduğundan hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.

Bankın vətəndaşlara müraciətində deyilir: “Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün sənə ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”

Ünvan: Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.