• 12 İyul 2025
logo
Sabahdan 52 və 193 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək

Sabahdan 52 və 193 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək

52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 14-dən Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar, həmin küçədən hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.