• 26 Yanvar 2021
logo
Benzinin bahalaşması yanacaq satan şirkətlərin mümkün itkiləri ilə bağlı riskləri balanslaşdıracaq - Ekspert

Benzinin bahalaşması yanacaq satan şirkətlərin mümkün itkiləri ilə bağlı riskləri balanslaşdıracaq - Ekspert

2020-ci ildə Azərbaycanda Aİ-92 markalı və ümumilikdə benzinin satışları əhəmiyyətli dərəcədə azalıb.

Bunu Trend-ə avtoekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, yanacaq satışı ilə məşğul olan müəssisələr böyük itkilərə məruz qalıb:

“Hesab edirəm ki, benzin qiymətlərinin artması həmin şirkətlərin gələcəkdə mümkün itkiləri ilə bağlı riskləri balanslaşdıracaq. Bu addım mütləq atılmalı idi”.
Ekspert əlavə edib ki, benzinlə yanaşı, dizel yanacağının da qiyməti artıb və bu, öz növbəsində ekoloji təmiz avtomobillərin idxalı və yayılması üzrə tədbirlər kompleksi ilə bağlıdır:

“Ekoloji təmiz avtomobillərin idxalının artırılması məqsədilə, ilk növbədə gömrük rüsumları və aksiz yığımlarını azaltmaq, eyni zamanda elektrik avtomobillərinin alınması üçün avtokreditlərin verilməsi qaydalarını sadələşdirmək lazımdır”.